Mobil versiya
Azərbaycanlı atlet rekorda imza atdı
Tarix: 15-05-2017 | Saat: 16:28
Bölmə:İdman / Karusel | çapa göndər

Azərbaycanlı atlet rekorda imza atdı




IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb.

AzVision.az xəbər verir ki, A.İbrahimli birdən qaldırma hərəkətində 100 kiloqramı, təkanla qaldırmada isə 119 kiloqramı başı üzərinə qaldırıb.

Toplam 219 kiloqramlıq (100+119 kq) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medalın millimizin aktivinə yazdırıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə bir, təkanla qaldırmada 2, toplamda isə 2 olmaqla ümumilikdə 5 rekordu yeniləyib.

Elnarə Abbasova birdən qaldırma hərəkətində 82, təkanla qaldırma hərəkətində isə 102 kiloqramı başı üzərinə qaldırıb. Toplam 184 kiloqram (82+102) nəticə göstərən atletimiz bürünc medala sahib olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024