Mobil versiya
"Açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"
Tarix: 10-05-2017 | Saat: 15:32
Bölmə:İdman | çapa göndər

"Açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"



"Sözsüz ki, böyük tədbirlər, idman yarışları zamanı açılış mərasiminin xüsusi yeri var. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi də çox gözəl olacaq".

AİA.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimi ilə müqayisədə İslamiadanın açılış mərasimi bir qədər fərqli olacaq: "Şərq, müsəlman dünyası üçün əsas məqamlar, tarixi hadisələr IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində öz əksini tapacaq. Bir məsələni də qeyd edim ki, açılış mərasimindən sonra bütün idman yarışlarına biletlərin satışı yüksəlir".

Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakıda keçiriləcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024