Mobil versiya
“Çempionluq şansımız 50 faizdir”
Tarix: 17-04-2017 | Saat: 16:24
Bölmə:İdman | çapa göndər

“Çempionluq şansımız 50 faizdir”



"Çelsi"nin baş məşqçisi Antonio Konte komandasının çempionluq şanslarını dəyərləndirib.

Adalet.az-ın məlumatına görə, Britaniya mətbuatına açıqlama verən 47 yaşlı çalışdırıcı şanslarının 50 faiz olduğunu deyib:
"Qarşıdakı son 6 matçı da final oyunu kimi düşünməliyik. Hazırda 50 faiz çempionluq şansımız var. Çox səbrli, təmkinli davranmalıyıq. Düşünürəm ki, geridə qalan matçlara daha istəkli çıxsaq, nəticə əldə edə bilərik"

O, Premyer Liqada ikinci pillədə qərarlaşan əsas rəqibləri "Tottenhem"in son zamanlar daha yaxşı çıxış etdiyini, buna görə də birincilik yarışının çətin olacağını bildirib:"Fikrimcə, çempionluq yarışı asan olmayacaq. "Tottenhem" hazırda Premyer Liqada ən yaxşı formada olan komandadır.Onlar tarix yazmaq üçün əllərindən gələni edəcəklər".

Qeyd edək ki, "Çelsi" 75 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Onun ən yaxın izləyicisi "Tottenhem” isə 71 xalla ikinci yerdədir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024