Mobil versiya
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edilib
Tarix: 07-04-2017 | Saat: 17:07
Bölmə:İdman / Aia TV | çapa göndər

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının medalları təqdim edilib



IV İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançılara qalibiyyət zamanı təqdim olunacaq medallar oyunlara 35 gün qaldığı müddət ərzində Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.

Modern.az xəbər verir ki, xüsusi olaraq hazırlanmış medal dəsti Bakı 2017 oyunlarının püşkatma mərasimindən sonra baş tutan tədbirdə gənclər və idman naziri və AİHOƏK-nin baş icraçı direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti əlahəzrət şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.

Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb.
Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.
Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.
Dörd qitənin islam ölkələrindən olan idmançılar, 10 gün davam edəcək yarışlarında 20 idman növü üzrə mübarizə aparacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500,000 tamaşaçının gəlməsi gözlənilir.
Medalların dizaynının açıqlanması haqqında danışan Təşkilat Komitəsi oyunlara az bir müddət qaldığı zamanda medalların təqdimatını önəmli addım adlandırıb. “Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və qalib idmançılara təqdim ediləcək”
“İdman yarışları hər kəsi bir araya gətirərək, sülh, hörmət və birlik ruhunu dünyaya nümayiş etdirəcək.” - deyə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud qeyd edib.

Xatırladaq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-ci il 12- 22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024