Mobil versiya
“Barselona” inanılmazı bacardı – VİDEO
Tarix: 09-03-2017 | Saat: 11:35
Bölmə:İdman / Manşet | çapa göndər

“Barselona” inanılmazı bacardı – VİDEO

İspaniyanın "Barselona” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Fransanın PSJ komandasına qalib gələrək növbəti mərhələyə çıxıb.

AİA.az xəbər verir ki, qarşılaşma martın 8-də "Kamp Nou” stadionunda baş tutub. 88-ci dəqiqəyə qədər kataloniyalılar hesabda 3:1 irəli olsalar da, növbəti mərhələyə çıxmaq üçün onlara daha 3 qol lazım idi.
Luis Enrikenin yetirmələri bunu bacardılar. Neymarın dublu (88 və 91-ci dəqiqələr) və Sergio Robertonun 95-ci dəqiqədə həlledici qolu "Barselona”nı növbəti mərhələyə çıxardı.
Xatırladaq ki, ilk oyun PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.
"Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

[media=https://www.youtube.com/watch?v=Ky7fVYYd1jg]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024