Mobil versiya
Yığmamızın futbolçusu bağışlandı
Tarix: 23-02-2017 | Saat: 18:55
Bölmə:İdman | çapa göndər

Yığmamızın futbolçusu bağışlandı

"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına komandanın baş məşqçisi Mutlu Topçu məlumat verib.

O, Super Liqanın 21-ci turunda "Kayserispor"la oyundan sonra cəzalandırılan Dəniz Yılmaz və Sərcan Yıldırımın heyətə qaytarıldığını bildirib:

"Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Onları düzgün yola gəlmələri üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn matçlarda hər iki futbolçunu meydanda görə bilərsiniz".

Qeyd edək ki, Türkiyə Super Liqasının 21-ci turunda "Kayserispor"la keçirilən oyunda (0:2) rəqibə qarşı kobud oynayan Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin oyundan sonra millimizin üzvü "Bursaspor"un əsas komandasından uzaqlaşdırılmışdı.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024