Mobil versiya
Türk bayrağı açan azarkeşə ömürlük cəza
Tarix: 08-02-2017 | Saat: 12:36
Bölmə:İdman | çapa göndər

Türk bayrağı açan azarkeşə ömürlük cəza




İngiltərə Çempionşipində mübarizə aparan "Haddersfild" klubu "Lids"lə oyunda tribunada Türkiyə bayrağı açan azarkeşini cəzalandırıb.

Klub həmin azarkeşə ömürlük cəza verildiyini açıqlayıb. Qərara əsasən, adı açıqlanmayan həmin şəxs bir daha "Haddersfild"in oyunlarını stadiondan izləyə bilməyəcək.

Xatırladaq ki, fevralın 5-də baş tutan matçda Türkiyə bayrağının tribunada açılmasından sonra yerli və qonaq azarkeşlər arasında qalmaqal baş vermişdi.

Onu da bildirək ki, “Lids” azarkeşlərinin Türkiyə ilə xoş olmayan xatirəsi var. Belə ki, 2000-ci ilin aprel ayında UEFA kubokunun yarımfinal mərhələsinin “Qalatasaray” - “Lids” oyununu izləmək üçün İstanbula gələn iki ingilis azarkeş yerli fanatlarla münaqişə zamanı bıçaqlanaraq öldürülmüşdü. (APA SPORT)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024