Mobil versiya
14 milyona satmışdı, pulsuz geri aldı
Tarix: 31-01-2017 | Saat: 22:12
Bölmə:İdman / Karusel | çapa göndər

14 milyona satmışdı, pulsuz geri aldı







"Beşiktaş" sabiq hücumçusu Demba Banı geri qaytarıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubu açıqlama yayıb.

Açıqlamada seneqallı hücumçuya görə onun son klubu "Şanxay Şenxua"ya heç bir haqq ödənməyəcəyi qeyd edilib.

Ötən yay ağır zədə alan Demba Banın karyerasını bitirəcəyi deyilsə də, seneqallı hücumçu karyerasını davam etdirmək qərarı vermişdi. Uzun müddət yaşıl meydandan kənarda qalan 31 yaşlı futbolçunun bir neçə həftə sonra məşqlərə başlayacağı deyilir.

Qeyd edək ki, 2014/15 mövsümündə "Beşiktaş"da TOP qovan hücumçu, 2015-ci ildə, 14 milyon avro qarşılığında Çinin "Şanxay Şenxua" klubuna transfer edilmişdi. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 44 oyunda 27 qola imza atıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024