Mobil versiya
Cilpaq…hicablilar-ACI HEQIQET
Tarix: 31-05-2016 | Saat: 14:24
Bölmə:Seçilənlər-2 | çapa göndər

Cilpaq…hicablilar-ACI HEQIQET


Nədir hicab? – Sadəcə qadın bədəninin müəyyən olunmuş hissələrini örtən bir örtükmü? Hicaba bu baxışla yanaşanlardır ki, Allahın ayəsi və qadına ən gözəl hədiyyəsi olan hicabı bir parça halına gətirib çıxarırlar.
Hicablı olduqları halda bir çox hallara diqqət edilmir. Nümunə üçün qeyd edək:
1. Bəzi, hicablı xanımların naməhrəm məsələlərinə diqqət etməmələri. Naməhrəmə əl uzadıb görüşmək sanki adi hal imiş kimi cəmiyyətimizdə fəsad halına çevrilib. İstər bu naməhrəm qohum ola ya qeyri qohum fərq etməz.
2. Bəzən şahidi oluruq ki, bəzi hicablı xanımlar toylarda rəqs edir, oynayır. Halbuki o məclisdə onu görən naməhrəmlər mövcuddur. Fərq etmir bu naməhrəm onun qohumu ola ya olmaya. Hətta bir damın altında yaşayan biri də ola bilər. Əlbəttə ancaq qadınlara xas olan bir məclis olarsa məsələ dəyişər. Hələ o toylardakı musiqinin haram musiqi olması da məsələnin başqa bir yönüdür.
3. Bəzəkli hicablar – Hicabın mahiyyət və fəlsəfəsini unudanlar bəzən elə bər-bəzəkli hicablar geyinirlər ki, heç hicabı olmayanlar diqqəti o qədər cəlb etmir. Müxtəlif rəngli hicablar, xüsusi suvinerlərlə bəzədilmiş hicab, bədənin cizgilərini aşikar edən hicab və s. İslamla əlaqəsi olmayan şeytan tələləri olan hicab növləri. Ən yaxşı hicab, rəngi qara olandır. Çünki rənglərin içərisində diqqəti cəlb etməyən, və bədənin görünməsinin qarşısını alan ən ideal rəngdir.
4. Hicab və makyaj üz və dodaq boyalarından istifadə etmək – Hicablı xanım gərək bunu anlaya və başa düşə ki, naməhrəmin diqqətini cəlb edən hər bir şeyi istifadə edib ictimai yerlərə insan arasına çıxması haramdır. Qadın yalnız ərinə məxsusdur. Yəni yalnız onun üçün bəzənməli, onun üçün makyaj etməli bir sözlə bütünlükə ona məxsus olmalıdır ki, bu Quran və hədislərdən ələ gələn hökmlərdir ki bütün fiqh kitablarında əksini tapıb. Tapmırsa da gərək tapa. Gərək ruhani və mübəlliğlər də bu sahədə təsirli və effektiv yollardan istifadə edib bu fəsadın qarşısını almaya çalışalar.
5. Hicab və ətirlənmək – Gərək istifadə olunan ətir və qoxular naməhrəmi özünə cəlb edən dərəcədə olmaya.
6. Hicab və həddən artıq qaşı almaq – Əgər qadın bu işi görməklə də harama düşmək qorxusun olduğunu bilsə və bu iş zinət hesab olunarsa və beləliklə naməhrəmin diqqətini cəlb edərsə bu işlərdən də çəkinməlidir.
Bu sadəcə bir neçə nümunədir ki, qeyd etdik. Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə, qarşı tərəfin nəzər və diqqətini özünə cəlb etməyə. Amma hicablı xanımlar daha da diqqətli olmalı və məsuliyyətlərini dərk etməlidirlər. Allahın bəyəndiyi şəkildə örtünüb yuxarıda qeyd olunan məsələlərə diqqət etməlidirlər ki hicab həqiqətən də hicab olsun. Əks təqdirdə zahiri örtülü amma Allah qatında çılpaq olanlardan olar Allah qorusun.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024