Mobil versiya
Bu gənci tapana pul mükafatı veriləcək - FOTO
Tarix: 11-02-2016 | Saat: 21:58
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Yəhyayevin əqli cəhətdən problemi var.

Qaxda 22 yaşlı oğlan dörd ilə yaxındır itkin düşüb.

Aia.az Report-a istinadən xəbər verir ki, Qax rayonu, Cəlayir kəndində yaşayan 1994-cü il təvəllüdlü Nizaməddin Oğulbəy oğlu Yəhyayev 9 oktyabr 2012-ci il tarixdən evdən çıxıb və bir daha geri qayıtmayıb. Nizaməddin Yəhyayevin əqli cəhətdən problemi var.

Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Axtarış üzrə əməliyyat müvəkkili Vasif Bəşirlinin verdiyi məlumata görə gənc oğlan sonuncu dəfə 2014-cü ilin yaz aylarında Tərtər şəhərinin bazar ətrafında görünüb. Orta yaşlı bir kişi onu şəhərdə yerləşən bərbərxanaya gətirib və daha sonra Nizaməddinlə birgə oradan uzaqlaşıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun axtarışları hələ də davam edir.

Nizaməddin Yəhyayevi görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur. 22 yaşlı oğlanın yerini bildirənə ailəsi tərəfindən 500 manat pul mükafatı veriləcək.

Tel: 050 379 19 29

Qax Rayon Polis Şöbəsi: 02425 5 23 52



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024