Mobil versiya
Rusiyada Azərbaycandan olan avtoritetlərə qarşı əməliyyat - 50 nəfər saxlanıldı
Tarix: 29-08-2017 | Saat: 19:48
Bölmə:Cəmiyyət / Aia TV | çapa göndər

Rusiyada Azərbaycandan olan avtoritetlərə qarşı əməliyyat - 50 nəfər saxlanıldı









Rusiya Xüsusi Təyinatlılarının və “Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər.

Aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ura.ru məlumat yayıb.

Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər.

“Kiçik Gürcüstan” restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta sərilməyə məcbur edilib. “Avtozak”larda təxminən 50 nəfər aparılıb.

Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin "smotryaşisi”, Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun “sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının “krışalığını” təmin edib.

74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları “götürüblər”.

Bundan başqa, bir neçə avtomobilə baxış da keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024