Mobil versiya
Məzarlıqda üç gəncin qətlinin sirri - "Sənə elə bir acı yaşadacam ki..." - FOTO
Tarix: 28-01-2017 | Saat: 12:23
Bölmə:Cəmiyyət | çapa göndər

Məzarlıqda üç gəncin qətlinin sirri - "Sənə elə bir acı yaşadacam ki..." - FOTO







Adananın Yüreğir qəsəbəsində bir qəbristanlıqda 3 şəxsin Kalaşnikov markalı avtomatla və tapançayla öldürüldükləri haqda məlumat vermişdik.

##511434#

Aia.Az İHA-ya istinadən xəbər verir ki, qəbristanlıqdakı vəhşiliyin detalları ortaya çıxmağa başlayıb.

Təxminən 4 il əvvəl (2013) anasını itirən Ufuk Altunun hər axşam anasının məzarını ziyarət etdiyini, hadisə günü də 2 dostu ilə qəbristanlıqdan qayıdarkən pusquya salınaraq öldürüldükləri məlum olub.

Rafiq Bingül (20), Ufuk Altun (35) və Eser Binenin (37) cəsədləri dünən qətl edildikləri qəbristanlıqda torpağa tapşırılıb.

Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları qətl olayının üstünü açmaq üçün bəzi evlərə və iş yerlərinə basqınlar təşkil edib. Məlum olub ki, Altun 25 yanvar axşamı dostları Rafiq Bingül və Eser Binə ilə birlikdə 11 radələrində qəbristanlığa gəliblər. Altun burada bir müddət qalıb dua etdikdən sonra məzardan "ayrılıb".

Anasının məzarından avtomobillə 450 metr uzaqlaşdıqları zaman ağacların arasında iki şəxs tərəfindən silahlı hücuma məruz qalıblar. İlk atəşdəcə Ufuk Altun başından vurulub. Həmin an idarəetmədən çıxan avtomobil yol kənarındakı beton maneəyə çırpılaraq dayanıb. Altunun avtomobildə olan dostları bu an qaçmağa çalışsalar da onlar da güllələniblər.

İki adam olduqları iddia edilən cinayətkarlar, yaralıların öldüyünə əmin olduqları zamana qədər onları atəşə tutublar. Hadisə yerindən avtomobil ilə qaçdıqları təxmin edilən cinayətkar qrupun ölən 3 nəfərdən birindən qisas almaq məqsədi ilə bu cinayəti törətdiyi deyilir. Digər iki nəfəri isə şahid olmamaq üçün öldürüldükləri iddialar içərisində yer alır.

Ölənlərdən Refik Bingölün dayısı istintaqa maraqlı açıqlamalar edib. O, Ufukun anasının 4 il öncə rəhmətə getdiyini və bundan sonra atasının suriyalı bir qadınla münasibətə girdiyini qeyd edib. Suriyalı qadının əri isə Ufuk Altunun atasına: "Sənə elə bir acı yaşadacam ki, heç vaxt unutmayacaqsan", - deyərək təhdid edib", - deyib.

Refik Bingölün dayısı bu qətlin səbəbinin Ufukun atasının həmin hərəkəti ilə birbaşa əlaqəsinin olduğunu güman edib.

İstintaq prosesi davam edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024