Mobil versiya
Rusiyada qadın uşaqlarını öldürüb
Tarix: 19-01-2017 | Saat: 15:15
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitini aşkarlayıblar.

Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq.

Faktla bağlı cinayət işi açılıb.

Hadisəni törədən qadının bir neçə dəfə psixiatr yayına getdiyi bildirilir.

Qeyd edək ki, bu ilin əvvəlində də Bratskda analoji hadisə baş verib. Psixiki problemlərdən əziyyət çəkən başqa bir qadın 6 yaşlı uşağını meşə massivində öldürüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024