Mobil versiya
Elektron siqaret üzündən dişlərindən oldu – FOTO
Tarix: 18-01-2017 | Saat: 16:14
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Amerikanın Aydaho ştatının sakini elektron siqaretin partladığına görə dişlərindən olub.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Endryu Holl “veyp”i evdə işə hazırlaşan zaman çəkirmiş. Elektron siqaretin partlaması nəticəsində kişi yeddi dişini itirib, üzündə və ağız nahiyəsində ikinci dərəcəli yanıqlar və yaralar əmələ gəlib. Onu xəstəxanaya aparıblar, hazırda o, çox çətinliklə yemək yeyir.

Holl partlayışdan sonra çəkilən şəkilləri “Facebook” səhifəsində paylaşıb. Şərh olaraq isə partlayana qədər “veyp”in işləməsində heç bir problemlə rastlaşmadığını yazıb. Amerikalının sözlərinə görə, qurğunun sıradan çıxmasına səbəb olacaq heç nə etmədiyini deyib. Onun paylaşımına 50 mindən çox baxış olub.

2016-cı ilin dekabrında Britaniyanın Lids şəhərində mağazaların birində kişinin cibində olan elektron siqaretin alışması videomüşahidə kameralara düşmüşdü.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə