Mobil versiya
ŞOK: Bakıda 19 yaşlı gəlin damarlarını kəsib, 9-cu mərtəbədən atıldı - FOTO
Tarix: 22-10-2016 | Saat: 10:38
Bölmə:Cəmiyyət | çapa göndər




Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.

Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi "AB" yaşayış massivi ev 56 mənzil 27 ünvanında yaşayan 1997-ci il təvvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.
Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.
Ölən qadının 2 yaşlı övladı var.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

----------

10:28

Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.

myBaku.az bildirir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024