Mobil versiya
Xaçmazda 25 yaşlı qadın itib - FOTO
Tarix: 07-09-2015 | Saat: 16:26
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Özü ilə şəxsiyyət vəsiqəsini də götürüb.

Xaçmaz rayonunda 25 yaşlı qadın itkin düşüb.

Aia.az
xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qaraceg-zeyid kənd sakini Əliyeva Təranə Gülbala qızı bu il iyul ayının 23-ü tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb. Onun boyu 1.57, normal bədən quruluşlu, saçları şabalıdı, gözləri qəhvəyi rəngdədir. Xüsusi əlaməti yoxdur.

Evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini də götürüb.

Bu şəxs barəsində hər hansı məlumatı olan şəxslərdən Xaçmaz Rayon Polis Şöbəsinə (023) 325-53-56, (055) 418-68-16 nömrəli telefonlara zəng vuruaraq məlumat vermələri xahiş olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024