Mobil versiya
İcra Hakimiyyətinin maşını qəza törətdi - SÜRÜCÜ YANARAQ ÖLDÜ
Tarix: 18-08-2016 | Saat: 17:17
Bölmə:Cəmiyyət | çapa göndər



Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub.

Hadisə nəticəsində markası məlum olmayan avtomobil yanıb. Avtomobilin sürücüsü olan 25-30 yaşlı şəxs ölüb. Avtomobil yararsız hala düşdüyü üçün markasını müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinəyət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamı ilə BŞİH-in tabeliyində təsis edilmiş “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti struktur vahidi kimi Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilib və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin 13/3 saylı 26 fevral 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub
“Ailəmlə 7-8 nəfər evdə idik. Biz çıxmayaq deyə binanın blokununun qarşısını bağlayıb sökməyə başladılar. Evdə qaz, su, işıq yana-yana binanı ekskavatorla uçururdular. Bloka çıxmaq istədik, çıxışın bağlı olduğunu gördük. Axırda binanın uçan arxa tərəfindən çıxmağa yer tapdıq. Videoda da hər şey görünür. Razılığımız olmadığı təqdirdə mənzillərimiz sökülüb və hazırda yeni binanın tikintisinə başlanılıb”.

Şikayətçilər İlqar Qasımov, Vüsalə Sadıqova və Sülfəddin Əliyev məsələylə bağlı dəfələrlə media və dövlət qurumlarına müraciət etsələr də, hər hansı bir nəticə olmayıb:

“Bizə deyirlər ki, filan binada sizə ev veririk, gedin orada yaşayın. Bu, necə qarşılıqlı razılaşma yoludur? Bizdən heç fikir alan yoxdur. Hazırda bütün ailələr kirayə ev tutub orada yaşayırıq. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa yazmışıq. Hərəmizin əlində bir sənəd toplusu qalmışıq prokurorluğun, məhkəmələrin qabağında. Baş Prokurorluğa yazdığımız şikayət Nizami rayon prokurorluğuna gəlib. Oranın da qapısı üzümüzə bağlıdır. Hər dəfə gedirik, deyirlər hələ araşdırılır. Son çarə olaraq media vasitəsilə prezidentimizə səslənirik”.

"Qafqazinfo"nun əməkdaşı məsələylə bağlı "Orbita" MTK ilə əlaqə saxlayıb. Şirkətdən bir saat ərzində vəkilin açıqlama verəcəyi bildirilisə də, məsələyə münasibət bildirən olmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024