Mobil versiya
Erməni porno ulduzun anası Rolls Royce ilə qəzaya düşdü, yaralandı
Tarix: 04-08-2016 | Saat: 18:02
Bölmə:Cəmiyyət | çapa göndər



ABŞ-ın ən məşhur qlamur ulduzlarından biri Kim Kardaşyan



ABŞ-ın ən məşhur qlamur ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyanın anası Kris Cenner dünən qəzaya düşüb.

myBaku.az TMZ-yə istinadən bildirir ki, hadisə ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles şəhərinin yaxınlığında, Kalabasas şəhərciyində baş verib.

Kris Cenner malikanəsindən 250 min dollarlıq Rolls-Royce avtomobilində çıxarkən yoldan keçən yaşıl rəngli "Toyota Prius" avtomobili onu vurub.

Qırmızı işıqda keçən Toyota-nın zərblə çırpılması nəticəsində Rolls-Royce möhkəm əzilib. Kris Cennerin sol biləyi sınıb. Onu daha ağır qəzalardan avtomobilin təhlükəsizlik yastıqları xilas edib.

Qəzadan dərhal sonra hadisə yerinə Kim Kardaşyanın əri, reper Kanye Uest, Kris Cennerin qızları Kayli Cenner və Xlo Kardaşyan gəliblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024