Mobil versiya
Bakıda qeyri-adi TOY: Yaşıötmüş qız özünə bəysiz toy etdi - FOTO
Tarix: 10-07-2016 | Saat: 21:12
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda qeyri-adi TOY: Yaşıötmüş qız özünə bəysiz toy etdi - FOTO






Bakıda qeyri-adi toy mərasimi olub. Yaşıötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.

Bu barədə Facebook sosial şəbəkəsində paylaşım edilib.

"Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq". Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.

Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!", - sosial şəbəkədə paylaşılıb.

Aia.Az baku.ws-ə istinadən bildirir ki, toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhələnməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib.

Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarını və tanışlarını da, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024