Mobil versiya
23 yaşlı Fatimənin intiharının səbəbi məlum oldu
Tarix: 21-06-2016 | Saat: 15:20
Bölmə:Cəmiyyət | çapa göndər



Bakının Sabunçu rayon sakini 23 yaşlı Fatimə Nəcəfovanın intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Adının açıqlanmasını istəməyən mərhumun qonşusunun bildirdiyinə görə, F.Nəcəfova həyat yoldaşının başqa qadınla qeyri-rəsmi nikahda yaşadığını öyrəndikdən sonra günlərlə depressiyada olub:

“Oğlanla qız bir-birini sevmədən, ailələr arasında razılaşma ilə evləniblər. Oğlanın məşuqəsi var idi, evə günlərlə gəlmirdi.

Fatimə çox qısqanc idi. Oğlanın məşuqəsi deyirdi ki, “ərin məni sevir, mənim yanımdadır”. Qızı bezdirdilər, o da özünü öldürdü”, - deyə qonşu bildirib.

Xatırladaq ki, Maştağa qəsəbəsi A.Ə.Kərimov küçəsində yaşayan 23 yaşlı Fatimə Nəcəfova özünü evin hamam otağında asaraq intihar edib. Gənc qadının meyitini ailə üzvləri aşkarlayıb. Ailə üzvləri də təsdiq ediblər ki, hadisə qısqanclıq zəminində olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024