Mobil versiya
Həkimin ölümcül vəziyyətdə qoyub qaçdığı hamilə qadından xəbər var (FOTO)
Tarix: 13-06-2016 | Saat: 16:59
Bölmə:Cəmiyyət | çapa göndər



Bakının tanınmış klinikasında doğuş zamanı körpəsi bıçaq yarası alan, özü isə ölüm-dirim mübarizəsi aparan ana ilə bağlı yeni məlumatlar əldə etdik.

İyunun 1-də türkiyəli həkim-ginekoloq Öndər Tulumbacı tərəfindən Bakı Medical Plazada əməliyyat olunan İrina Polikarpova(Makarova) reanimasiyadan çıxdı. Onun həyat yoldaşı Anton Polikarpov Criminal.az-a dünən vəziyyətin yaxşı olmadığını desə də, bu gün xanımı haqda xoş xəbər paylaşıb. O bildirib ki, xanımı 12 gündən sonra palataya köçürülüb, əkiz övladlarını görüb.

Qeyd edək ki, İ.Polilarpova keysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyyəsi skalpellə zədələnib. Bundan sonra xəstədə qanaxma davam edib və Qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqları amputasiya olunub.

Mətbuata isə yayılan məlumatda bildirilirdi ki, Öndər Tulubacının əməliyyatı təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024