Mobil versiya
17 yaşlı qız intihar etdi
Tarix: 25-05-2016 | Saat: 12:25
Bölmə:Cəmiyyət | çapa göndər



Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Kənd sakini 1999-cu il təvəllüdlü Kifayət Ələddin qızı Hüseynova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asıb. Onun asılmış meyitini səhər saatlarında ailə üzvləri aşkar ediblər.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ölkə ərazisində sonuncu özünü asma faktı bir neçə gün əvvəl Xaçmaz rayonunda baş verib. Hacılar kənd sakini, 2003-cü il təvəllüdlü Südabə Dilavar qızı Əliyeva özünü yaşadığı evin həyətindəki tövlədən asıb. O, kənd məktəbinin 7-ci sinif şagirdi idi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024