Mobil versiya
Oğurluq edən ata, oğul və əmioğlu saxlanıldı
Tarix: 16-05-2016 | Saat: 10:52
Bölmə:Cəmiyyət | çapa göndər

Oğurluq edən ata, oğul və əmioğlu saxlanıldı

Samuxda fəhlə əvvəllər çalışdığı şirkətdən oğurluq edib.

Aia.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Daşkəsən sakini olan Cəbaryıl Qasımov oğlu və qardaşı oğlu ilə birlikdə oğurladıqları inşaat materiallarını yaşadıqları rayonda gizlədiblər. Onlar ümumilikdə şirkətə külli miqdarda ziyan vurublar.

Mayın 4-dən 5-ə keçən gecə Samux rayonunun Qırmızı Samux qəsəbəsində şirkətlərin birindən oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər həmin gecə şirkətdən ümumi dəyəri 4 min manatdan çox olan inşaat materialları oğurlayıblar.

Ruhlan Abutalıbov - şirkətin rəsmisi: "Səhər müəyən etdi ki, suvarma üçün vacib olan mis kabellər rezin borular və digər qiymətli əşyalar oğurlanıb. Şirkətə kifayət qədər maddi ziyan dəyib".

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən sakini, 53 yaşlı Cəbaryıl Qasımov saxlanılıb. Onun oğurladıqları daimi yaşadığı Daşkəsən rayonunun Güllübulaq kəndi ərazisindən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Əşrəf Yusifzadə - müstəntiq: "Həmin şəxs sadaladığımız əşyaları oğurladıqdan sonra öz oğlu Qasımov Xaliq Cəbrayıl oğlu və qohumu Qasımov Azər Dəmir oğlunun vasitəsi ilə müxtəlif yerlərdə gizlədiblər. İstintaq dövründə həmin əşyalar Cəbrayıl Qasımovun evindən aşakralanaraq maddi sübut kimi götürülüb".

Saxlanılan Cəbaryıl Qasımov əməlini səmimi etiraf edib. O, inşat materiallarını şəxsi təsərrüfatında istifadə etmək üçün götürdüyünü deyib. Əməlinə görə başının dərdə düşəcəyini isə heç ağlına belə gətirməyib.

Cəbrayıl Qasımov - saxlanılan şəxs: "Sahədən götürürdüm. Kabeli və rezin borunu evdə istifadə etmək üçün götürmüşəm. Özüm üçün götürmüşəm satış məqsədim olmayıb".

Polis, eləcə də əldə etdiyi qiymətli əşyaları gizlətməkdə Cəbrayıl Qasımova yardımçı olan oğlu, 32 yaşlı Xaliq və 23 yaşlı qardaşı oğlu Azəri də saxlayıb. Hazırda onların digər cinayətlərdə iştirakı araşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024