Mobil versiya
Müəllimindən hamilə qalan qızın atası: ''Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq''
Tarix: 13-05-2016 | Saat: 15:41
Bölmə:Cəmiyyət | çapa göndər

Müəllimindən hamilə qalan qızın atası: ''Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq''

Şamaxı rayon Pirbəhli kəndində 9-cu sinif şagirdinin müəllimindən hamilə qalması barədə xəbər yayılıb.

Şagird müəllimi İbrahimov Elnur Həsənağa oğlundan yeddi aylıq hamilədir. Məsələnin maraqlı tərəflərindən biri budur ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Hazırda hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

Aia.az bildirir ki, ölkə.az yeddi aylıq hamilə olan şagirdin (azyaşlı olduğu üçün adını açıqlamırıq - red.) atası Valeh Babayev ilə əlaqə saxlaya bilib.

- Valeh bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?

- Polis, prokurorluq, məhkəmə, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.

- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?

- Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.

- Qızınız indi haradadır?

- Bibisigildədir.

- Əvvəldən bu müəllimi tanımısınız?

- Hamı kimi mən də balamı məktəbə yollamışam.

- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?

- Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.

- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?

- Evdə xəstə anamdır, iki balaca övladım da var.

- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?

- Anası görüb, mən yox. Anası dünən gəlib yanından.

- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?

- Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.

- Bu müəllimin neçə yaşı var?

- Otuzdan yuxarı olmalıdır.

- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?

- Qapıbir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.

- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?

- Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?

- Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.

- Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024