Mobil versiya
Bakıda tanınmış alimi aldadıb 120 min manatını aldılar
Tarix: 12-05-2016 | Saat: 11:12
Bölmə:Cəmiyyət | çapa göndər




Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.

Aia.az bildirir ki, bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən deyilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024