Mobil versiya
Bakıda sərxoş qadın sürücü olay çıxarıb - FOTO/VİDEO
Tarix: 11-05-2016 | Saat: 10:24
Bölmə:Cəmiyyət | çapa göndər


Bakıda minik avtomobilini sərxoş vəziyyətdə idarə edən qadın sürücü saxlanılıb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılan sürücü sənədlərini təqdim etməkdən və alkoqol testindən imtina edib.
Maşındakı qadın sərnişin də içkili vəziyyətdə olub. Nəticədə polisin əmrinə tabe olmayan sürücü Yasamal rayon 29-cü Polis bölməsinə, "90-ZF-304" qeydiyyat nişanlı "Mazda CX5" markalı maşın isə cərimə meydançasına aparılıb.

Sürücünün şəxsiyyəti müəyyənləşdirilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024