Mobil versiya
24 yaşlı oğlanı qız üstündə yandırıblar? Bərdədə DƏHŞƏT:
Tarix: 10-05-2016 | Saat: 10:16
Bölmə:Cəmiyyət | çapa göndər




Ötən gün Bərdədə dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Piyadalar kəndinin sakini, 24 yaşlı Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən yandırılmasının təfərrüatları bəlli olub.

Həmin kənddən olan bir nəfər qəbiristanlığa çatanda avtomobilin yandığını görüb, inilti səsi eşidib. Həmkəndlisi Bayramovu maşından çıxararaq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb.

Hadisənin baş vermə səbəbi ilə bağlı ziddiyətli xəbərlər yayılır. Bir çoxları 24 yaşlı gəncin borca görə, yandırıldığını bildirsə də, hadisənin gerçək səbəbinin tamamilə başqa olduğu deyilir.


Piyadalar kəndinin bələdiyyə sədri Baxşeyiş Abdullayev azvision.az-a bildirib ki, hadisəni törədən şəxslərin axtarışı davam edir.

Onun sözlərinə görə, Salman Bayramov gecə saatlarında əmliyyat olunub, vəziyyəti ağır olaraq qalır: "Bakıdan gələn professor ötən gün Salmanı əməliyyat etdi. Onun başında olan sümük qırıqları çıxarılıb. Hazırda da vəziyyəti ağır olaraq qalır. Reanimasiyadadır, hələ özünə gəlməyib”.

Bələdiyyə sədri hadisənin iki səbəbdən baş verə biləcəyini deyib: "Salman kənddə qaz çəkmə işinə baxırdı. Çox bacarlıqlı oğlandır. Hadisənin iki səbəbə görə törədiliyi bildirilir.

Birinci səbəb ondan ibarətdir ki, Salmanın xeyli mal-qarası olub. Həmin heyvanları satıb maşın almaq istəyirmiş. Onun mal-qaranı satdıqdan sonra üstündə 3-4 min manata yaxın pul olub. Ola bilsin ki, Salmanı pula görə bu hala salıblar. Salmanın valideynləri bu barədə heç nə danışmır.


Hadisənin baş verməsinə digər səbəb kimi Salmanın həddindən artıq internetə maraqlı olması göstərilir. Deyilənə görə, Salman internetdə çox adama mesajlar yazırmış. Bəlkə də hansısa bir qıza mesaj göndərib. Nəticədə bu hadisələr baş verib. Bildiyimizə görə, hadisəni bizim kəndin sakinləri törədib. Amma onların kimliyi bilinmir. Yəqin ki, polis həmin şəxsləri tutandan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq”.

Adının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, hadisə qız üsündə baş verib. Belə ki, Salman Bayramov tanış olmaq məqsədi ilə bir qıza mesaj yazıb. Bundan xəbər tutan qızın qohumları onu cəzalandırmaq qərarına gəliblər. Hadisə də məhz bu səbəbdən baş verib.

Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu arada hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetiib, onu və yaxınlıqda dayanmış ona məxsus "VAZ-2107” markalı avtomobili benzinlə yandırıb...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024