Mobil versiya
Azərbaycanda polislər döyüldü
Tarix: 21-07-2015 | Saat: 16:18
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Azərbaycanda polislər döyüldü
Vazifəsini yerinə yetirməyə gedən polis əməkdaşları iki sərxoşun hücumuna məruz qalıb.
Göygöldə iki polis əməkdaşı döyülüb. Hadisə dünən gecə saat 23 radələrində rayonun Çaylı kəndində qeydə alınıb.

Göygöl rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, kənd sakinlərindən biri Çaylı kənd sakini Rəşad Rəşid oğlu Əliyevdən Göygöl polis şöbəsinə şikayət edib. Həmin şəxs R.Əliyevin öz ailə üzvü olub.

Şikayəti yerində araşdırmaq istəyən Rayon Polis Şöbəsinin, Sarısu Bölməsi üzrə sahə müvəkkili 1973-cü il təvəllüdlü mayor Habil Alim oğlu Əliyev və 1981-ci il təvəllüdlü polis baş leytenantı Ramin Qurban oğlu Həmidov Çaylı kəndinə gəliblər. Polis əməkdaşları kəndə çatan kimi haqqında şikayət edilən şəxs - Rəşad Əliyev və dostu Rövşən Çingiz oğlu Həsənov polis əməkdaşlarına hücum çəkiblər. Polisə xəsərət yetirən hər iki şəxs içkili olub.

Xəsarət alan polislərdən biri - Ramin Həmidov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətlərinin kafi olduğu bildirilir. Digər əməkdaş Habil Əliyevin vəziyyəti isə normaldır.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə