Mobil versiya
Boşadığı arvadını uşağın qarşısında BIÇAQLADI (FOTO)
Tarix: 06-05-2016 | Saat: 11:40
Bölmə:Cəmiyyət | çapa göndər



Cəlilabadda keçmiş məhbus həyat yoldaşını bıçaqlayıb.

Aia.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib. Rayonun Maşlıq kənd sakini Vaqif Əliyev şəxsi münaqişə zəminində keçmiş arvadı, 31 yaşlı Aygün Soltanovanı azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Yaralı dərhal təcili tibbi yardım maşınında Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyə əməliyyatı aparılıb, yaraları tikilib, bununla belə vəziyyətinin ağır olduğu bildirilir.

Rayonun hüquq mühafizə orqanları hadisəni törətmiş, əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşamış Vaqif Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024