Mobil versiya
Azərbaycanda dəhşət: 2 körpə diri-diri yandı
Tarix: 17-07-2015 | Saat: 11:25
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


FHN iki azyaşlı uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibinin 2 azyaşlı uşağı vəfat edib. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb

******

Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.

Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.

Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvvəlüdlü Kazımova Əfsanə və 2013-cü il təvvəlüdlü Kazımova Rəqsanə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024