Mobil versiya
İki qızına təcavüz edən ata tutuldu
Tarix: 26-04-2016 | Saat: 14:48
Bölmə:Cəmiyyət | çapa göndər




Türkiyənin Siirt vilayətinin sakini, 14 və 15 yaşlı iki qızına sürəkli təcavüz etmiş ata Ankarada həbs olunub.
Aia.az Habertürk-ə istinadən bildirir ki, qızlar 10 ay əvvəl atalarının iyrənc əməllərindən polisə şikayətlənmişdilər. Qızların anası M.D. də ərinin əxlaqsızlığından polisə şikayət etmişdi.
Onun sözlərinə görə, 14 yaşlı qızı N.D. atası tərəfindən təcavüz olunduğunu birinci liseydə müəlliminə deyibmiş.
"Müəllim evə gəldi, danışdı. Dəhşətə gəldim. Dedi ki, polisə şikayətlənim. Hamiləliyimin son ayında idim. Üstəlik, qızımın yalan danışa biləcəyini də düşündüm, polisə getmədim. Amma sən demə, hər şey həqiqətmiş", - qadın deyib.
Anadan sonra qızlar da polisdə ifadə veriblər. Ö.D. deyib: "Üç-dörd ay əvvəl atam mənə təcavüz etdi. Sonra dedi: "Bir adama desən, ananı öldürəcəyəm, o biri bacılarını da zorlayacağam". Hamilə anama görə qorxub, kimsə demədim".
N.D. isə söyləyib: "Dərs hazırlatdırmaq bəhanəsi ilə məni otağa salır, qapını bağlayır, sonra zorlayırdı. "Atanam, bunlar normaldır" deyirdi. Onu da söyləyirdi ki, bu barədə kiməsə desəm, anamı və bacılarımı öldürəcək. Polisə şikayət etməməyimi dedi. Qorxdum ki, polisə desəm, anamla bizi öldürər".
M.D.-nin dediyinə görə, kiçik qızı atasının təcavüzlərindən birin smartfonla çəkibmiş.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024