Mobil versiya
Rzayev əvvəlcə başqasını, sonra isə özünü öldürdü
Tarix: 21-04-2016 | Saat: 14:53
Bölmə:Cəmiyyət | çapa göndər


Onu polis axtarırdı.

Gəncədə qətl törətdiyi üçün axtarışda olan şəxs intihar edib.

Aia.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev Göygöl rayonunun Alıməmmədli kəndində əkin sahəsində özünü asaraq intihar edib.

Məlumata görə, R. Rzayev aprelin 13-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlunu şəhərin Dəmir Yol Vağzalı yaxınlığında bıçaqlayaraq qətlə yetirib.

R.Rzayev hadisəni törətdikdən sonra qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024