Mobil versiya
Bakıda jurnalist bacanağının evini yardı
Tarix: 26-03-2016 | Saat: 13:15
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, onlar açarın surətini çıxarmaqla mənzilə daxil olublar və 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə Xətai rayonunda baş verib.

Elşad Abdullayev polisə müraciət edərək bildirib ki, evdə olmadıqları vaxt 50 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxsləri saxlayıb. Onlar İsmayıl Rzayev və əvvəllər məhkumluq həyatı yaşamış Bəxtiyar Əliyevdir.

İsmayıl Rzayev ev sahibinin bacanağıdır. O, evdə qızıl-zinət əşyalarının olduğunu bilirmiş.

“Evdən açarı götürdüm, surətini çıxarıb qoydum yerinə. Həmin gün evləri boş idi. Bəxtiyarı göndərdim getdi onlara. Özüm aşağıda gözlədim”.

Evə Bəxtiyar Əliyev girib. Onun sözlərinə görə, planı İsmayıl Rzayev qurubmuş.

“İsmayıl aşağıda dayandı, açarı verdi mənə. Getdim qapını açdım, təzədən düşdüm yanına. 5 dəqiqə dayandım, qayıtdım evə. Əvvəlcə birinci otağa baxdım. Orada heç nə olmadı. Bağlı bir qapı var idi. Qapını sındırıb girdim içəri. Qızılları götürüb çıxdım”.

Dostlar hadisə yerindən uzaqlaşan kimi qızılları aralarında bölüblər. Daha sonra onlar əldə etdikləri 50 min manatlıq qızıl-zinət əşyalarını müxtəlif mağazalara ucuz qiymətə satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bacanağının evini yarılmasını təşkil edən İsmayıl Rzayev ixtisasca jurnalistdir. O, BDU-nun jurnalistika fakültəsini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024