Mobil versiya
Nardaranda 32 nəfər saxlanılıb - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Tarix: 02-03-2016 | Saat: 22:25
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib k, Nardaran qəsəbəsində daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri aparılmayıb:

"Qəsəbədə kriminogen duruma tam nəzarət olunur. Sadəcə, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb".

-----------

12:36

Nardaran ağsaqqalı Hacıağa Nuri bunu martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə "Əli, Hüseyn, Allahu-əkbər!" şüarlarının yazılması ilə bağlı bildirib. "Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər", - deyə H.Nuri baş verənləri dəyərləndirib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Nardaran ağsaqqalı kəndin hələ də güc strukturlarının nəzarətində olduğunu deyib. Bu baxımdan da baş verənlərin "kənar iz" olduğunu düşünür.

Hacağa Nurinin dediyinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar.

Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından "Nardaran Piri"nə gedən 1 km-lik yolun çəkilişinə başlanıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib.

Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. "Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

Prokurorluğun məlumatında bildirilir ki, hazırda "Müsəlman Birliyi" Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024