Mobil versiya
Polis kapitanı ondan şikayət edən qadını ölümlə təhdid etdi
Tarix: 25-02-2016 | Saat: 16:00
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Polis kapitanı ondan şikayət edən qadını ölümlə təhdid etdi
Aliyə İsmayılova: «Zaur Zeynalov mənə zəng edərək, öldürəcəyi ilə hədələdi»

Ötən gün Bakı sakini Aliyə İsmayılova JAM.AZ-a açıqlama verərək, 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili, kapitan Zaur Zeynalovdan şikayət etmişdi. Həmin şikayətində sözügedən şəxs bildirmişdi ki, Zaur Zeynalov onu zorla cinsi əlaqəyə məcbur edərək, həyatını korlayıb. Və bu əlaqədən hamilə qalaraq, bir uşaq dünyaya gətirib.

JAM.AZ-a verdiyi açıqlamasında Zaurun onun başına çox oyunlar gətirdiyini, hətta özü ilə yanaşı, körpəsini də öldürəcəyi ilə təhdid etdiyini iddia edən Aliyə İsmayılova onun hazırda Cəlilabad Polis Şöbəsində çalışdığını vurğulayıb.

Bu şikayət məktubunun mətbuatda yayılmasından sonra isə Zaur Zeynalov dünən gecə saatlarında Aliyə İsmayılovaya zəng edərək, onu ölümlə hədələyib. Bu barədə JAM.AZ-a məlumat verən sözügedən şəxs vurğulayıb ki, gizli nömrədən açılan telefon zənginə cavab verərkən, onun Zaur Zeynalov olduğunu bilib. «Telefonda mənə bildirdi ki, ondan mətbuat vasitəsi ilə şikayət etdiyim üçün məni öldürəcək. Üstəlik, ağır formada məni təhqir etməyə başladı. Ona hüquqlarım üçün mübarizə apardığımı, bundan sonra da aparacağımı dedikdə, daha da qəzəblənib, təhdidlərinin sayını artırdır».

Aliyə İsmayılova qeyd edib ki, aldığı təhdid telefonundan sonra dərhal DİN-in «102 Xidməti»nə zəng edərək, onlara məlumat verib və həyatının təhlükədə olduğunu bildirib. «Səhər (bu gün) isə yaşadığım ərazi üzrə Polis Bölməsinə gedərək, Zaur Zeynalovdan rəsmi qaydada şikayət edəcəm».

Bakı sakini mətbuat vasitəsi ilə DİN rəhbəri, general Ramil Usubova müraciət edən Aliyə İsmayılova nazirdən həyatının təhlükədə olduğunu bildirib, onun müdafiəsi üçün zəruri tədbirlər görülməsini xahiş edib. «Cənab Nazir, Zaur Zeynalov kimi birinin Daxil İşlər Orqanlarında hələ də çalışması polisin adına xələl gətirir. Bu şəxs qanunların qoruyucusu, asayiş keşikçisindən daha çox, cinayətkar kimi davranır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim və körpəmin həyatı üçün real təhlükənin yarandığını nəzərə alaraq, qorunmağımı təmin edəsiniz. Həmçinin Zaur Zeynalovla bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada tədbir görülməsi üçün göstəriş verəsiniz».

Qarşı tərəfi də dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024