Mobil versiya
Bakıda gənc özünü 7-ci mərtəbədən atdı, sağ qaldı
Tarix: 21-02-2016 | Saat: 11:11
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


20 yaşlı Orxanın bədənində heç bir sınıq aşkarlanmayıb.

Bakıda 20 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib.

Aia.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1996-cı il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.

Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbbədən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024