Mobil versiya
Avropa Oyunlarının açılışında partlayışa hazırlıqda ittiham olunan şəxsin məhkəməsi başladı
Tarix: 18-02-2016 | Saat: 13:55
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Avropa Oyunlarının açılışında partlayışa hazırlıqda ittiham olunan şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa Oyunları"nın açılış günü Olimpiya stadionunda partlayış edəcəyi barədə FHN-ə xəbərdarlıq etməkdə ittiham olunan 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az- ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hal şahidi dindirilib.

Elnur Həsənov ifadəsində hadisənin üstündən çox vaxt keçdiyi üçün heç nə xatırlamadığını deyib.

Təqsirləndirilən Aydın Xudiyev deyib ki, axtarış prosesində Elnur Həsənov ümumiyyətlə iştirak etməyib. O, ittihamları qəbul etmədiyini bildirib.

Digər hal şahidi məhkəməyə gəlməyib. Müdafiə tərəfi həmin şahidin mütləq məhkəməyə gəlməsi ilə bağlı vəsatət verib. Vəsatət qismən təmin edilib.

Məhkəmə prosesi fevralın 23-ə davam edəcək.

Qeyd edək ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək diktofonu qoşaraq kaseti səsləndirilib. O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmaları olduğunu deyib. " Iyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

Onu da qeyd edək ki, 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə