Mobil versiya
Gömrükçülər külli miqdarda aksizsiz siqaret aşkarladı
Tarix: 01-02-2016 | Saat: 15:30
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


DGK məlumat yaydı.

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda siqaretin keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Şükür Qurbanzadənin idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdə 1158 qutu “MM” markalı siqaret aşkar olunaraq götürülüb.

Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydə alınıb.

Burada isə Azərbaycan vətəndaşı Maarif Rzayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının yük yerində Rusiyanın aksiz markası ilə markalanan 240 qutu “Parliament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024