Mobil versiya
Azərbaycanda 6 nəfər dəm qazından boğuldu
Tarix: 18-01-2016 | Saat: 17:40
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Hər bir faktla bağlı araşdırma aparılır.

Azərbaycanda dəm qazından ölüm halları baş verib.

Aia.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər.

F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 17-də Binəqədi rayonu ərazisində yaşayan Zərifə Salmanova, Yasamal rayonu ərazisində yaşayan Ramiz Zeynalov, Sumqayıt şəhərində yaşayan Nicat Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Yanvarın 12-də Abşeron rayonu ərazisindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Gülər Şirinova yanvarın 17-də orada ölüb.

Araşdırmalarla onun qidadan deyil, dəm qazından zəhərlənməsi müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024