Mobil versiya
Rusiyada üç erməni həlak oldu
Tarix: 27-12-2015 | Saat: 14:09
Bölmə:Cəmiyyət / Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Rusiyada üç erməni həlak oldu
Hazırda daha bir nəfər isə xəstəxanada müalicə edilir.
Rusiyada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə zamanı 3 erməni ölüb.

Aia.az-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiyanın Manıçstroy qəsəbəsinin Salsk-Proletarsk maqistral yolunda qeydə alınıb.

"VAZ 2114" markalı avtomobillə "Mazda" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Ermənistan vətəndaşları - 45 yaşlı Stepan Kostanyan və 30 yaşlı Edqar Petrosyan hadisə yerindəcə dünyasını dəyişib. 25 yaşlı Sarkis Xaçatryan isə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi xəstəxanada keçinib.

Digər bir Ermənistan vətəndaşı Markos P. isə xəstəxanada müayinəsini davam etdirir.

Bir müddət əvvəl də ermənilər öz ölkələrində avtomobil qəzasına düşmüşdülər. Nəticəsində 1 hərbçi ölmüşdü.

Sisian - İrəvan yolunda baş verən qəza zamanı DAF yük maşını ilə “Opel” markalı avtomobil toqquşub.

Avtomobillərdən birində olan sərnişin, 31 yaşlı hərbi qulluqçu Arsen Unanyan xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində 2 nəfər də nəfər xəsarət alıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024