Mobil versiya
Bakıda məktəblərdən oğurluq edənlər tutuldu
Tarix: 23-11-2018 | Saat: 12:43
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda məktəblərdən oğurluq edənlər tutuldu


Paytaxtda yerləşən 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd hər birinin qiyməti 700 manat olan proyektorun oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən aia.az-a bildirilib ki, “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.


Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismimi sataraq əldə etdikləri pulu aralarında bölüblər.


Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024