Mobil versiya
Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı
Tarix: 19-11-2018 | Saat: 14:48
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda kirayənişin qadını öldürən kişi saxlanıldı



Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb.

DİN-dən aia.az-a verilən məlumata görə, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024