Mobil versiya
Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb
Tarix: 09-11-2018 | Saat: 13:30
Bölmə:Cəmiyyət | çapa göndər

Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb

Ötən gündaxili işlər orqanlarındaqeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024