Ötən gün 104 cinayət faktı qeydə alınıb
Tarix: 7-11-2018, 10:37 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Ötən gün 104 cinayət faktı qeydə alınıb


Noyabrın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.



Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

aia.azшаблоны для dle 11.2



5280 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}