Mobil versiya
Bakıda əməliyyat - Heroin satanlar tutuldu
Tarix: 20-10-2018 | Saat: 17:11
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda əməliyyat - Heroin satanlar tutuldu

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.

aia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.

Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adıçəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024