Mobil versiya
“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı
Tarix: 15-10-2018 | Saat: 09:58
Bölmə:Cəmiyyət | çapa göndər

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı




Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun "Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə həmin şəzslərdən 3 ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.

Xaçmaz rayonununXəzər dənizinin sahil zolağında isə adı "Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.

Araşdırma zamanı brakonyerin Bakı şəhər sakiniYaqub Qurbanov olduğu müəyyən edilib.

Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024