Mobil versiya
62 yaşlı qadının başını kəsib, evinə od vurdular - AZƏRBAYCANDA
Tarix: 19-12-2015 | Saat: 13:06
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

62 yaşlı qadının başını kəsib, evinə od vurdular - AZƏRBAYCANDA
Samux rayon sakini, 62 yaşlı Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanmış meyiti tapılıb.
Aia.az-ın RegionTV-yə istinadan məlumatına görə, yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.

L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024