Mobil versiya
Evdən 20 min manatlıq qızıl oğurlanıb
Tarix: 03-09-2018 | Saat: 10:38
Bölmə:Cəmiyyət | çapa göndər

Evdən 20 min manatlıq qızıl oğurlanıb



Avqustun 30-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus evdən 29 ədəd müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024