Mobil versiya
Şamaxıda toy günü qardaşını güllələyən Rusiya vətəndaşı 2 il cəza aldı – FOTO
Tarix: 18-06-2015 | Saat: 20:09
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Sözlü mübahisə qanlı sonluqla yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində RF vətəndaşı Mais Şahməmmədovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Aia.az xəbər verir ki, 2014-cü il mayın 29-da Şamaxı rayonunun Sabir qəsəbəsində rayon sakini Feyruz Şahməmmədov (1965-ci il təv.) şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu Heybətə (1993-cü il təv) “Makarov” konstruksiyalı tapançadan atəş açaraq onu ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini görən Mais Şahməmmədov qardaşı Feyruzun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb, nəticədə sonuncu hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Heybət Şahməmmədov Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və göstərilən tibbi yardımlar nəticəsində həyatı xilas edilib.

Daxil olan məlumat əsasında RPŞ və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, M.Şahməmmədov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib, həmin gün isə oğlan toyu olmalı idi. Mais Şahməmmədov oğlu ilə Moskvadan gəlib. Feyruzla evləri bir həyətdə olduğu üçün Mais evin açarını Rusiyaya gedərkən qardaşına verdiyi üçün, ondan açarları istəyib. Feyruz isə açarları verməyərək, ondan bu həyətdən çıxıb getməsini tələb edib. Mübahisəyə atası ilə yanaşı Heybət də qatılıb, Feyruz onları qızının toyunda görmək istəmədiyini bildirib. Sözlü mübahisə qanlı sonluqla yekunlaşıb.

Məhkəmə prosesində Mais Şahməmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmə kollegiyası hesab edib ki, təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı əməli CM-nin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Beləliklə də, məhkəmənin hökmü ilə Mais Şahməmmədov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024