Mobil versiya
Bakı metrosunda növbəti panika - FOTO
Tarix: 02-12-2015 | Saat: 21:23
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Qatar tuneldə 10 dəqiqə yaxın qalıb.

Bakı metrosunda növbəti dəfə problem yaşanıb.

Aia.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, “İçərişəhər”dən gələn qatar “Gənclik” stansiyasına çatmamış tuneldə qalıb.

Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər “Gənclik” stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.

“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı bildirib ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.

““İçərişəhər”dən “Həzi Aslanov”a hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bun səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb”, deyə N. Paşayev bildirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024